Ermənistan parlamentinin keçmiş deputatı, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş David Matevosyan Qarabağda gedən döyüş əməliyyatları zamanı ordumuz tərəfindən məhv edilib. Bu haqda erməni KİV-ləri Matevosyanın qızının Facebook statusuna istinadən yazır.
Bildirilir ki, D.Matevosyan könüllü dəstənin tərkibində Qarabağa döyüşməyə gəlmişdi. O, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdaşlarından biridir. 1995-1999-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Ter-Petrosyanın seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında Yerevanda kütləvi aksiyaların dağıdılmasından sonra həbs olunub, bir il sonra aministiya ilə azadlığa çıxıb.
Bundan əvvəl Ermənistan parlamentinin daha bir keçmiş deputatı, Xocalı qətliamının iştirakçısı olmuş Rüstəm Qasparyan da oğlu ilə birlikdə Qarabağda ordumuzun zərbəsi ilə məhv edilmişdi. Habelə Ermənistan parlamentinin indiki deputatı, “Yerkrapa” könüllülər ittifaqının rəhbəri Sasun Mikaelyan yaralanmışdı.