Qarabağ dağlarında erməni terrorçuları – Fotofakt

ÖLKƏ
12:39 / 23.10.2020
3541

Ermənistanda hələ Qarabağ döyüşlərindən xeyli əvvəl yüksək rütbəli məmurlar, polkovniklər, ordu generalları, həmçinin döyüş sənəti ustalarının da daxil olduğu növbəti VOMA terror təşkilatı təşkil edilib.

HİT.Az axar.az-a istinadən xəbər verir ki, nasizm tərəfdarı Qaregin Njdenin ifadəsi quldur cəmiyyətinin şüarına çevrilib.

1989-cu ilin dekabrında qrup artıq “düşmən cəbhələri”ndə (Azərbaycan və Türkiyə nəzərdə tutulur) dərin kəşfiyyatla məşğul idi. 1990-cı ilin may ayından etibarən bu dəstə birbaşa Ermənistan silahlı qüvvələrinin baş komandanına tabe edilir.

Bir neçə ildir ki, VOMA könüllüləri, kürd silahlıları ilə yanaşı, Orta Şərqdən gələn terrorçularla birlikdə hərbi işin praktik və nəzəri öyrənilməsi ilə məşğul olur.

Bundan əlavə, illərdir qrup üzvləri – terrorçular vaxtaşırı olaraq Qarabağ dağlarında, eləcə də hərbi hissələrin ərazisində “sağqalma sənəti”, “düşməni necə tez öldürməli” və s. kimi təlimlər təşkil edib.

Bütün bunlar Qarabağda bu terror təşkilatının əsas nümayəndələrinin birinin məhvindən sonra üzə çıxıb. Azərbaycan Silahlı Qüvvələri Bədəl Gevorkoviç Safaryanı məhv edib. Onun dosyesi VOMA kataloqunda “görkəmli şəxsiyyətlər”in məlumatları ilə tamamilə üst-üstə düşüb.

Badal Safaryan bu terror təşkilatında “düşməni tez öldürmək” proqramının ən yaxşı təlimatçısı, eləcə də aykido və cüdo döyüş sənətlərinə mükəmməl yiyələnmiş idman ustası idi.

Qeyd edək ki, kataloqda ermənilər qürurla təşkilatın veteranlarının “Xocalı əməliyyatı”nda iştirak etdiklərini də yazır.

22