Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

SİYASƏT
17:00 / 23.10.2020
3365

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

Separatçı "lider" məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:

“Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.

34