Ceyhun Bayramovla Pompeonun görüşündə nə danışıldı? - XİN-dən açıqlama

SİYASƏT
20:01 / 23.10.2020
1490

Azərbaycan Xarici İşlər Nazirliyi XİN rəhbəri Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında baş tutan görüşlə bağlı məlumat yayıb.

XİN-dən HİT.Az-a verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.


6