“Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et! Biz qəbilə dövləti deyilik, Türkiyəyik, Türkiyə", - o vurğulayıb.
Ərdoğan deyib ki, Türkiyə hazırda Avropada yüksələn irqçiliyi ifşa etdiyinə görə də təzyiqlərə məruz qalır: "Türkiyə məzlumların hamisi, haqqın və haqlının dəstəkçisi olduğuna görə, könüllərdə taxt qurub. Bundan sonra da məsuliyyətimiz çərçivəsində nə lazımdırsa, onu edəcəyik. Bizim kitabımızda sosial ədalət var. Baxın Suriyada qərib-fağırların harayına biz yetişirik. Əllərindən gəlsə, Türkiyəni bir qaşıq suda boğarlar. Amma həvəsləri gözlərində qalır. Bizim müqəddəs yolumuz davam edir, edəcək".