Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər - Ramiz Rövşən

ÖLKƏ
10:20 / 26.10.2020
780

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən gün özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Qeyd edib ki, Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.

Dövlət başçısının bu müjdəsi işğaldan azad olunan kəndlərin, həmçinin Qubadlı rayon sakinlərinin böyük sevincinə səbəb olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindən olan Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşən də bu sevinci bölüşənlər arasındadır.

Bi az öncə ASAN radionun qonağı olan R.Rövşən təəssüratlarını dilə gətirib, əsgərlərimizə uğurlar arulayıb. O, son bir ayda işğaldan azad olunan ərazilərimizi nəzərdə tutaraq söyləyib ki, Azərbaycan əsgərləri sürətlə irəliləyirlər: “Bizim əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər”.

0
yenisabah.az