Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı

DÜNYA
13:36 / 26.10.2020
1286

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

HİT.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb.

XİN rəsmisi Fransa səfirinin çağırıldığını təsdiqləyib və bildirib ki, Pakistan hökuməti ifadə azadlığı libası altında sistemli olaraq islamofobiya kampaniyasını qınayır.

0