Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb - VİDEO

ÖLKƏ
16:08 / 26.10.2020
833

Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

HİT.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, nəticədə meşə yanğını başlayıb:

"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".

0