Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

ÖLKƏ
16:41 / 26.10.2020
719

Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.

0