Ermənilər Tərtərin Buruc kəndinə də “Smerç” atıb - FOTOLAR

ÖLKƏ
09:56 / 27.10.2020
1445

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.

HİT.Az Report-a istinadən xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Lakin kəndin su xətti sıradan çıxıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.

1