Pompeo İlham Əliyevlə telefonla danışdı

SİYASƏT
19:00 / 27.10.2020
1581

ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

HİT.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus məlumat verib.

Bildirilib ki, telefon söhbətində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Pompeo tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.

2