Məşhur layihədən Azərbaycana dəstək - VİDEO

VİDEO
19:47 / 28.10.2020
1094

Türkiyənin TV8 kanalında yayımlanan “MaterChef” verilişinin növbəti bölümündə Azərbaycanın Dağlıq Qarabağın azadlığı uğrunda apardığı mübarizəyə də toxunulub.

Yayımlanacaq olan 88-ci bölümün fraqmanında münsiflərdən olan Mehmet Yalçınqaya Azərbaycan Ordusunma uğurlar arzulayıb:

“Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam olsun! Hər birinə apardıqları bu mübarizədə uğurlar arzulayırıq”.

Bildirək ki, bu bölüm həm də Türkiyənin Cümhuriyyət bayramına həsr edilib. Xatırladaq ki,  29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tarixi bir iclasla Qurtuluş Savaşından sonra yenidən qurulan dövlətin hökumət sistemini respublika olaraq dünyaya elan edib. Bu gündən dövlət Osmanlı imperiyası deyil, Türkiyə cümhuriyyəti adlanmağa başlayıb. 1925-ci ildən etibarən isə hər il 29 oktyabr tarixi Türkiyədə bayram olaraq qeyd edilib.

0
yenisabah.az