Paşinyan bölgədəki münaqişəni alovlandırdı - "New York Times"

DÜNYA
18:41 / 28.10.2020
2594

"Paşinyanın Şuşanı Dağlıq Qarabağın "paytaxtı" elan ediləcəyini və parlamentin oraya köçürüləcəyini söylərək populist açıqlamalar verməsi, bölgədəki gərginliyin artmasında son faktor oldu".

Bu barədə ABŞ-ın nüfuzlu qəzeti "New York Times"da yer alan məqaləsində bildirilib.

Nəşrin müxbiri Şarlot Qall Azərbaycan-Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsinin bu səviyyəyə çatmasına Ermənistanın Baş naziri Nikol Paşiyanın təhrikedici çıxışlarının səbəb olduğunu yazıb. O, erməni nazirin "Qarabağ Ermənistandır" ifadəsini işlətməsinə diqqət çəkərək müharibəyə zəmin yaratdığını qeyd edib.

Ş.Qall məqaləsində həmçinin Rusiyanın ilk münaqişədə Ermənistanı dəstəklədiyini, ölkədə iki hərbi baza saxladığını və avadanlıqla təmin etdiyini yazıb. 

Qəzetdə bununla yanaşı, Azərbaycanın ordunu gücləndirmək üçün investisiya qoyduğu, zabit və əsgərlərini NATO standartlarına uyğun təlimlərə göndərdiyi də qeyd olunub.

Digər tərəfdən məqalədə amerikalı-erməni tarixçi Yirayr Libaridyanın da fikirlərinə yer verilib. Belə ki, Libaridyan çıxışı zamanı Ermənistanın siyasi prosesləri yanlış hesabladığını söyləyib: "Mümkün olanlara diqqət yetirmək əvəzinə, xəyallara qapıldıq".

2
Mediapost.az