Nikol Paşinyanın “gizli silahı”...

SİYASƏT
20:18 / 28.10.2020
28038

Ermənistan tərəfi əks hücuma hazırlaşır və onun kifayət qədər silahı və potensialı var. Bu bəyanatla dünən baş nazir Nikol Paşinyan çıxış edib. Bir gün əvvəl isə o, tamamilə əksini – Ermənistanın ağrılı güzəştlərə belə hazır olduğunu deyirdi.

Gələcək “qələbələrə” aludə olan Paşinyan Azərbaycanın ünvanına təhdidlərini davam etdirib və bildirib ki, Azərbaycan ictimaiyyəti “Arsaxın alınması” haqqında xəbəri eşitməyəcək.

Onun sözlərinə görə, ermənilər “hər bir millimetr uğrunda” mübarizə aparacaqlar, “lazımi anda endirilən dəqiq əks zərbə isə düşmən üçün məhvedici məğlubiyyət effektinə malik olacaq.

Əvvəlki çıxışına toxunan Nikol deyib: “Bu çıxış dünya ictimaiyyətinə Ermənistan tərəfin konstruktivliyini nümayiş etdirmək məqsədi daşıyırdı”.

Bir gün ərzində nə baş verib ki, Nikol belə cuşa gəlib? O, hansı silahdan bəhs edir? Göründüyü qədər, bu gün Bərdəyə kasetli silahlarla atəş açılması və Tərtərin və Qarabağın hüdudlarından kənarda digər raket atəşinə tutulması elə Nikolun “gizli silahıdır” və o, bu “nailiyyətlərlə” müharibədə qələbə qazanmağa ümid edir. /Turan

163