Təkcə mənim heyətim bir gündə düşmənin 8 topunu canlı qüvvəsi ilə birgə məhv edib.
HİT.Az Müdafiə Nazirliyinə istinadən məlumatına görə, bunu Azərbaycan Ordusunun giziri İsa Yunisov deyib.
O deyib ki, bundan sonra da uğurlamızı davam etdirəcəyik.
Batareyanın baş zabiti, baş leytenant Şəhriyar Fərəcov da bildirib ki, şəxsi heyətdə döyüş ruhu yüksək səviyyəddir: "Hazırda döyüş tapşırıqlarını yerinə yetiririk. Vətənimizn azadlığı uğrunda gedən döyüşlərdə iştirakımla qürur duyuram".