Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.
Baş Prokurorluqdan HİT.Az-a verilən xəbərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi olmaqla 91 nəfər həlak olub. Həlak olanlardan 15-i ahıl şəxslərdir.
Xəsarət alan 400 nəfərdən 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249 kişidir. Onlardan 45-i ahıl şəxslərdir.