“Qarabağ xalça xəritəsi” hazırlandı - FOTO

ÖLKƏ
20:43 / 04.11.2020
1658

Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi” hazırlayıb.

Bununla bağlı muzeyin direktoru Şirin Məlikova “Facebook” hesabında yazıb.

O bildirib ki, Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var:

“Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdiriblər.

Şanlı ordumuz torpaqlarımızı azad edərək, Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar”.

Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik:

0