“Facebook“ Azərbaycanla bağlı səhvini düzəltdi

TEXNO
15:03 / 04.11.2020
1449

"Facebook" səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub.

HİT.Az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas öz "Facebook" səhifəsində yazıb.

"Məsələ ilə bağlı dərhal "Facebook"a yenidən müraciət etdim. Facebook mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. "Google", "Yandex" və "Bing" kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması "facebook"un Azərbaycanın ərazi bütövlüyü şüphə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. "Facebook" birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu. Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq", - texnobloger qeyd edib.

0