Qarabağda müharibə, Ermənistanda cinayət: Qanunsuz işlərin sayı sürətlə artır

DÜNYA
16:35 / 04.11.2020
1092

Son zamanlar Ermənistanda açılan cinayət işlərinin sayı kəskin artır.

Bu barədə 2021-ci il büdcə layihəsi barədə müzakirələrdə İstintaq Komitəsinin sədr müavini Artur Məlikyan deyib.

O bildirib ki, açılan cinayətlərin, aparılan təhqiqatların, toplanmış materialların sayı sürətlə artır. 2017-ci ildə 29 min 57 işə baxılıbsa, 2019-cu ildə bu rəqəm 32 906 olub. 2020-ci ilin ilk yarımilində isə bu rəqəm artıq 18 minə yaxınlaşır.

Qarabağda baş verən son hadisələrlə bağlı isə ölkədə hərbi sferada cinayət işlərinin sayı artıb.

2021-ci ildə Ermənistanda 33 min cinayət işinə baxılması nəzərdə tutulsa da, hadisələrin gedişatı bu sayın çox olacağını söyləməyə əsas verir.

0
cebhe.info