Araikin adından post paylaşılsa da, özü yenə görünmədi

DÜNYA
18:00 / 04.11.2020
3174

Məlum olduğu kimi, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın "prezidenti" kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur.

Onun "Facebook" səhifəsində növbəti məlumat paylaşılıb. Bu dəfə də Araikin həyatda olduğunu sübut edən hər hansı görüntü yerləşdirilməyib. 

Belə ki, onun adından yazılan postda bildirilib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma rejimin yaratdığı "operativ heyət" Ermənistanın paytaxtı Yerevana köçürülüb. Həmin heyət "fəaliyyətini" bundan sonra orada davam etdirəcəyini elan edib. 

3
qafqazinfo.az