Azərbaycan neftinin qiyməti bahalaşdı

İQTİSADİYYAT
22:11 / 05.11.2020
1659

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,73 faiz və ya 1,47 ABŞ dolları həcmində artaraq 40,78 ABŞ dollarını təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0