Qarabağdan Ermənistana silah axını davam edir - VİDEO

SİYASƏT
11:49 / 05.11.2020
4997

Ermənistanda hərbi böhran daha da ağırlaşır. Azərbaycanın işğal olunmuş ərazilərindən qaçan erməni hərbçilər yalnız fərariliyə görə deyil, artıq Ermənistanda silahlı qiyam hazırlığında ittiham olunurlar. 

Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağı gözlənilsə də, bunun əksi baş verir. Beləliklə, erməni mətbuatının yazdığı kimi Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınır. Ölkə mediası onlarla bu kimi faktları aşkarlayıb.

Dünən Ermənistanın Vayk şəhərində Dağlıq Qarabağdan gətirilən külli miqdarda sursat aşkar edilib. Erməni mətbuatı yazır ki, Vayk polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb.

"Bu çətin günlərdə silah-sursata daha çox döyüş meydanında ehtiyac duyulur. Ayrı-ayrı rayonların polis bölmələrinin zabitləri silah-sursatların “Artsax”dan (Dağlıq Qarabağ -red) Ermənistana qanunsuz daşınması hallarını aşkar etmək üçün gecə-gündüz nəzarəti davam etdirirlər. Eyni zamanda əhali arasında müəyyən maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir", - KİV-lər yazıb.

Qarabağdan Yerevana silah daşınması ilə bağlı başqa bir neçə fakt isə Ermənistanın Sünik və Sisian polis bölmələrinin əməkdaşları tərəfindən aşkarlanıb. Mənbələrin məlumatlarına əsasən, polislər Qarabağdan qayıdan "UAZ" markalı avtomobilə baxış keçirərkən maşında gizlədilmiş “Kalaşnikov” avtomatları və xeyli sayda güllə müəyyən ediblər.

Qeyd edək ki, döyüş bölgəsindən qayıdan ermənilərdən götürülən silahlar və döyüş sursatlarının son günlərdə daha çox aşkarlanması erməni mətbuatında həyəcan təbilinin çalınmasına səbəb olub. Təbii ki, bütün bunlar yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir. /Virtualaz.org

 

0