Azərbaycan Ordusunun 19 oktyabrda endirdiyi zərbə nəticəsində Qarabağda yaralanaraq İrəvana aparılan Ermənistanın hakim Mənim Addımım Blokundan olan deputat Sasun Mikayelyanın vəziyyəti pisləşib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.
Mikayelyanın başqa xəstəxanaya köçürüldüyü də bildirilib.
Qəzet hazırda ölkənin bütün xəstəxanalarının yaralılarla dolu olduğunu, hətta yaralıların artıq həkimlərin kabinetlərinə yerləşdirildiyini yazıb.