Ermənilərin Rusiyadakı “aksiya”sına sərt reaksiya: Özlərini “hərrac”a çıxarıblar

SİYASƏT
14:35 / 05.11.2020
2268

Moskvada avtomobillərə vurulan “Rusiya Arstaxı müdafiə etməlidir, Artsax Rusiyanı müdafiə edir” plakatları Rusiyanin ictimai-siyasi çevrərlərində narazılıqla qarşılanıb. 

Rusiyalı siyasi, hərbi ekspertlər, jurnalistlər rus əsgərinin Qarabağda döyüşməsinin əleyhinə çıxır.

Bu plakatlar, Ermənistanın Baş naziri Nikol Paşinyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Rusiya sülhməramlılarının Qarabağa yerləşidirlməsi barədə fikirlərindən sonra Moskvadakı avtomobilləri “bəzəyib”.  

Rusiyalı ekspertlər Paşinyanın bu mövzuda ingilis nəşrinə danışmasına xüsusi diqqət çəkiblər. Onların fikrincə, Ermənistan Baş nazirinin Qərb mediası vasitəsilə Rusiyaya reverans etməsi siyasi tryukdur.

“Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Paşinyanın Kremlə sıx təmasları olan məmurları işdən çıxarmasına diqqət çəkərək bildirib ki, Paşinyan Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzərində münaqişəyə cəlb etmək üçün hər cür təxribata getməyə hazırdır. “Bu səbəbdən Paşinyan Moskva ilə əlaqə quran və İrəvanın planlarına müdaxilə edə bilən insanlara ehtiyac duymur. Paralel olaraq, o, esktaza düşərək açıq şəkildə Qərblə birləşmək istəyini gizlətmir”, - deyə politoloq bildirib.

Rusiya mətbuatı erməni mediasının və rəsmi mənbələrinin əsasən “rus müdafiəçiləri”nə deyil, Qərb liderlərinə müraciətlərinə diqqət çəkib. “Erməni mediası və rəsmi mənbələri əsasən “rus müdafiəçilərə” müraciət etmir, əksinə, Donald Trump, Mayk Pompeo, Co Bayden, Emmanuel Makron və Heiko Maas ilə flirt edirlər. Analitiklər bunu bir növ Ermənistanın özünü iki dəfə satmağa ümid etdiyi "hərrac" hesab edirlər. Moskvaya göstərilir ki, Ermənistan üçün döyüşməyə əsgərlərini göndərməsə (müharibə Ermənistan ərazisində aparılmasa da), İrəvanın "uyğunlaşa biləcək" başqa dostları da var. Bu, xüsusən Armen Sarkisyanın Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberg ilə apardığı söhbət zamanı özünü büruzə verdi. Maraqlısı budur ki, Sarkisyan Putin kimi ondan da əsgər göndərməsini istəmədi. Türkiyədən Azərbaycana silah satmaması üçün Türkiyəyə təzyiq göstərməsini istədi (sabah bunu Rusiyadan tələb edə bilər)”.

Bu gün Ermənistan açıq şəkildə göstərir ki, Kremllə maraqları kəskin şəkildə ziddiyət təşkil edir. “Buna görə də rus əsgərlərinin "Artsaxı müdafiə” etməsinin heç bir mənası yoxdur”, - rus mediası yazır.

0
yenisabah.az