Ağdam məscidindən gətirilən kaşı parçası... - Səfirin paylaşımı

ÖLKƏ
18:43 / 05.11.2020
1633

2000-ci ildə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Kerri Kavano işğal altındakı Dağlıq Qarabağdan qayıdarkən Ümummilli lider Heydər Əliyevə ermənilərin viran qoyduqları Ağdam məscidinin minarəsindən qopub düşmüş bir kaşı parçası gətirmişdi. Gözlənilməz hədiyyə mərhum dövlət başçısını xeyli duyğulandırdı. Gözlərində yaş parladı.

HİT.Az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook” səhifəsində yazıb.

Səfir daha sonra əlavə edib: “Kaşı parçasını bir müddət ovcunda sıxıb dayandı. Sonra sakit, amma qətiyyətli səslə: "Qoy bütün dünya bilsin, biz işğal altındakı torpaqlarımızı son qarışına qədər azad edəcəyik! Xəyalların gerçəyə çevrildiyi günlərdə yaşayırıq”.

0