Seyran Ohanyanın oğlu da ağır yaralandı

SİYASƏT
09:39 / 07.11.2020
1067

Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb. “Qafqazinfo” “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.

Daha əvvəl Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.

0