Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar... - VİDEO

SİYASƏT
12:41 / 07.11.2020
2632

Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana 6 güllə dəyib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər. Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında bir başa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil. 

Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs, İslam mərkəzinin qarşısına, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub.  Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir eston tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq törədilib. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymaması, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.

 

12