Ukrayna polisi Azərbaycanın rəsmi nümayəndəliyini mühafizəyə alır

ÖLKƏ
17:43 / 07.11.2020
1087

Ukrayna Milli Polis İdarəsi Azərbaycanın Ukraynadakı rəsmi nümayəndəliyinin mühafizəyə alınacağını elan edib. 

HİT.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko açıqlama verib. Bildirilib ki, ötən gecə Azərbaycanın Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulduğu barədə Xarkov vilayətinin polisinə məlumat daxil olub. Hadisə ilə bağlı  Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi, odlu silahdan istifadə edərək xuliqanlıq törədilməsi ilə bağlı istintaq işi başladılıb. 

Maddədə cinayəti törətmiş şəxslərə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

“Polis bu dəhşətli cinayətdə əli olan şəxslərin tutulması və dövlətimizin ərazisindəki millətlərarası qarşıdurmaların qarşısını almaq üçün hər şeyi edəcəkdir. Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri yaxın vaxtlarda polisin mühafizəsinə götürüləcəkdir. Hər kəsi və xüsusən diaspor nümayəndələrini, Ukrayna ərazisində yaşayan hər iki dövlətin vətəndaşlarını bir-birlərinə qarşı dözümlü olmağa çağırırıq ”,- deyə İqor Klimenko qeyd edib.

0