Ordumuz Xocavənd istiqamətində üstünlüyünü artırır (RƏSMİ)

ÖLKƏ
16:00 / 08.11.2020
3313

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə HİT.Az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir" - deyə, məlumatda qeyd olunub.

0