İrəvanda polis hökumət evini əhatəyə aldı - VİDEO

ÖLKƏ
14:59 / 10.11.2020
1791

Ermənistanın paytaxtı İrəvanda polis hökumət evini əhatəyə alıb.

HİT.Az SputnikArmenia-ya istinadən xəbər verir ki, buna səbəb ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyaçıların növbəti dəfə hökumət binasına daxil olmalarının qarşısını almaqdır.

Qeyd edək ki, dünən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə müharibənin dayandırılması ilə bağlı tarixi sənəd imzalanıb. Paşinyan facebook səhifəsində Ermənistan üçün ağır şərtləri olan müqaviləyə qol çəkmək məcburiyyətində qaldığını açıqlayıb. Hazırda İrəvanda mövcud rejimə qarşı etiraz aksiyaları davam etdirilir.

0