Pişiklərin nə dediyini anlamaq mümkün oldu - Yaponlardan yeni ixtira

TEXNO
23:20 / 10.11.2020
2039

Yaponiyada bir şirkət pişiklərin miyoltusunu anlamağa imkan verən "Myaulinqval" adlı bir cihaz yaradıb.

Qaynarinfo xəbər verir ki, ovuca sığan bu cihaz bir mikrofon və sevimli pişiyin "dedikləri"nin yazılı tərcüməsinin göründüyü ekranla təchiz edilib.

Eyni şirkət bir il əvvəl bir it dilindən tərcüməçi yaratmışdı.

O cihazı artıq 300 mindən çox it sahibi alıb.

0