Paşinyan bunkerdə gizlənir, ailəsi isə...

DÜNYA
10:52 / 11.11.2020
2616

Qarabağ döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan sakinləri baş nazir Nikol Paşinyanı axtarır.

Ermənistanın “Qraparak” qəzeti xəbər verir ki, Facebook-da tez-tez canlı yayıma çıxan Paşinyanın Müdafiə Nazirliyinin bunkerində gizləndiyi məlum olub.

“Bunkerdə özünü rahat hiss edən Paşinyan məhz burdan canlı yayımlara qoşulur. Paşinyanın ailə üzvlərin gəlincə, onun qızları – Məryəm və Şuşan 1 həftə əvvəl ölkəni tərk edərək Kanadaya gediblər”.

“Qraparak”ın məlumatına görə, Paşinyanın yoldaşı Anna Akopyan, oğlu Aşot və kiçik qızı isə son günlər Gorus şəhərində olublar.

0
Modern.az