"Paşinyan ancaq bütün erməni xalqını həbs edərək hakimiyyətdə qala bilər" - Sağatyan

DÜNYA
13:42 / 11.11.2020
1272

"Nikol Paşinyanın hakimiyyətdə qala bilməsi üçün bütün erməni xalqını həbs etdirməkdən başqa yolu yoxdur".

HİT.Az aysor.am-a istinadən xəbər verir ki, bu sözləri Daşnaksütyun partiyasının rəsmisi İşxan Sağatyan deyib.

"Paşinyanın iqtidarda qalma haqqı yoxdur, elə bu gün  ayrılmalıdır", - deyə o bildirib.

Sağatyan Paşinyanın təlimatı əsasında müxalifət partiyası liderlərindən Qagik Tsarukyanın həbs olunduğunu, 20-yə partiya sədrinin və bir neçə millət vəkilinin də tutulması barədə qərar verildiyini xatırladıb.

0