Ermənistanın baş naziri Nikol Paşinyan və onun dəstəsi vətənə xəyanət etdiklərinə görə hərbi tribunala çıxarılmalı, məhkəmədə mühakimə olunmalıdırlar. Əks halda Ermənistanın özü çox qısa zamanda məhv ola bilər.
Bu sözləri “Rossiya-1” kanalında yayımlanan Solovyovun verilişində erməni hərəkat liderlərindən biri olan Sergey Kurginyan deyib.
“Paşinyan əclafdır, satqındır, axmaqdır. Orada bu satqınlardan ibarət böyük bir dəstə var. Əgər yaxın günlərdə bu satqınlar təmizlənməzsə, təkcə Qarabağın verilməsi ilə nəticələnməyəcək, hətta bütövlükdə erməni dövlətinin məhv olmasına da gətirib çıxaracaq”- Kurginyan bildirib.
Hərakat liderinin fikrincə, hazırki vəziyyət və anlaşılmazlıq kimin həqiqi müttəfiq, kimin düşmən olduğunu göstərəcək: “Dəstəsini yığıb parlamentdən getməlidir. Bu əclaflar qaçırlar, erməni xalqından gizlənirlər. Onların kütlə tərəfindən döyülməsi lazım deyil. Qoy etdikləri xəyanətə görə məhkəmə qarşısına çıxarılsınlar”.
Kurginyan Paşinyanın agent olduğunu və əsas məqsədinin Qarabağı təslim etməkdən ibarət olduğunu da açıqlayıb: “Erməni xalqına müraciət edirik, ermənilərin həyatında çox faciəli vəziyyət baş verib, hər şeyi uduzmuşuq”.