Paşinyanın tərəfdarları Rusiya sülhməramlılarına qarşı...

SİYASƏT
09:16 / 12.11.2020
4273

Hakim "Mənim addımım" parlament fraksiyası Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətə Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxmağı təklif edir.

"İnterfaks" bildirir ki, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir. Bəynatda bildirilir: "Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını bəyan etmələrini, Rusiya sülhməramlılarının münaqişə bölgəsindən çıxarılmasının tərəfdarı olduqlarını və müharibəni davam etdirməyə razılıq vermələrini təklif edirik".

Fraksiyada hesab edirlər ki, müxalifət qüvvələrindən "bərpa ediləcək müharibədə qələbə qazanmaq üçün yol xəritəsi" təqdim etmələri tələb olunur./ Trend

4