Paşinyandan xəbər var: bu səhər Sarkisyanla görüşüb

DÜNYA
12:35 / 12.11.2020
1225

Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan Qarabağdakı atəşkəs razılaşmasını müzakirə etmək üçün bir araya gəliblər.

HİT.Az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

"Sarkisyan və Paşinyan bu səhər görüşdülər. Ölkədəki vəziyyət müzakirə edildi", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistanda 2 gündür aksiya keçirilir. Xalq Paşinyanın istefasını tələb edir.

0