Ermənistanda etiraz aksiyaları davam edir.
Erməni mediası xəbər verir ki, paytaxt Yerevanda toplaşan etirazçı kütlə baş nazir Nikol Paşinyanı satqınçılıqda, vətənə xəyanətdə günühlandırır. Kameralar qarşısında çıxış edənlər Şuşanın əldən getməsinə, 3 mindən çox erməni əsgər və zabitin məhv olmasına, digər işğal altındakı ərazilərimizdən ermənilərin köçürülməsinə, bununla bağlı üçtərəfli bəyanat imzalanmasına aqressiv reaksiya verib, göz yaşları töküblər. Dərddən və hikkədən, yaşananlardan böyük sarsıntı keçirən erməni qadınları Azərbaycanı "işğalçı" adlandırmaqdan da çəkinməyblər.
Etirazçı qadınlardan biri isə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovannisyanın ötən 44 gün ərzində xalqı aldatdığını, xalqa yalan məlumat verdiyini də qeyd edib.
Paytaxt Yerevandakı aksiyadan görüntüləri təqdim edirik: