İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi

ÖLKƏ
14:40 / 12.11.2020
793

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Bu barədə HİT.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

0