Rusiya heyəti müzakirələr üçün Ankarada

SİYASƏT
14:04 / 13.11.2020
1025

Qarabağda atəşkəs sonrası müzakirə üçün 20 nəfərlik Rusiya nümayəndə heyəti Türkiyəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, Ankarada olan heyət Milli Müdafiə Nazirliyinə gedərək görüş keçirəcək.

Razılaşma çərçivəsində hansı tərəfin harada duracağı, neçə nəfər sülhməramlının cəlb ediləcəyi və fəaliyyətləri barədə müzakirə aparılacaq.

0