Adnan Oktarı 150 ildən 1 365 ilə qədər həbs cəzası gözləyir

DÜNYA
17:14 / 13.11.2020
950

Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. 

Prokuror çıxışında təqsirləndirilən A. Oktara 150 ildən 1 365 ilə qədər həbs cəzası istəyib.

Eyni zamanda, digər təqsirləndirilən 13 nəfərə isə 5 ildən 12 ilə qədər həbs cəzası istənilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

0