Ermənistan Dağlıq Qarabağdakı döyüşlər zamanı azı 2 317 hərbçi itirdiyini təsdiq edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatın görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, bu günədək 2 317 hərbçinin ekspertizası həyata keçirilib, onların arasında şəxsiyyəti müəyyənləşdirilməyənlər də var.
Bu rəqəmin artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək Ermənistan 1 382 hərbçinin həlak olduğunu elan etmişdi. Lakin Ermənistan Müdafiə Nazirliyi real vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışır.