XİN Polad Bülbüloğlu ilə bağlı açıqlama yaydı

SİYASƏT
09:22 / 15.11.2020
3519

"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə HİT.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

18