"Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı".
HİT.Az xəbər verir ki, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.
"Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi" deyə Eduard Vartanyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni genral təcili tibbi yardım maşınına minib ərazidən qaçıb.