Əməkdar artist, mahir tar ifaçısı, Azərbaycan Milli Konservatoriyası "Xalq çalğı alətləri" kafedrasının müəllimi Həmid Vəkilov dünyasını dəyişib.
HİT.Az xəbər verir ki, 71 yaşlı ifaçı dünən vəfat edib.
Həmid Vəkilov, tar ifaçılığında etdiyi yeniliklərlə bərabər, ifa zamanı tarı ilk dəfə ayaq üstə çalan sənətçi kimi də tanınıb.