2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat olub.
HİT.Az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,3% artaraq yanvar-oktyabr ayları üzrə 20 722,1 milyon manat olub. Dövlət büdcəsinin kəsiri isə 515 milyon manat təşkil edib.
Qeyd edək ki, yanvar-sentyabr aylarına dövlət büdcəsinin gəlirləri 17 964,5 milyon manat, xərcləri 18 642,1 milyon manat, büdcə kəsiri isə 677,6 milyon manat olub.