Bakıda suda batmış maşını çıxarmağa gələn evakuator da suda ilişib qaldı - VİDEO

ÖLKƏ
16:56 / 17.11.2020
1388

Bakı şəhəri ərazisində yeni “göl” yaranıb. Aramsız yağan yağışların nəticəsi olaraq “Sədərək” ticarət mərkəzi ərazisində böyük bir sahə su altındadır.

Baku.ws-in qaynar xəttinə göndərilən videodan məlum olur ki, ərazidə bir neçə maşın da yaranan “göldə” batıb qalıb.

Maraqlıdır ki, vətəndaşın müraciəti əsasında əraziyə gələn evakuator maşını da su altında qalıb və oradan çıxa bilməyib.

0