Ermənistan millisinin üzvləri koronavirusa yoluxdu

İDMAN
11:53 / 18.11.2020
993

Ermənistan yığmasının 4 futbolçusunda koronavirus aşkarlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, həmin oyunçular Şimali Makedoniya ilə matçda iştirak etməyəcəklər.

Virus erməni futbolçular - Qevorq Kazaryan, Sarkis Adamyan, Andre Kalisira və Qriqor Meliksetyanda aşkar edilib. Həmçinin, fiziki hazırlıq üzrə məşqçi Xavyer Minyano və erməni futbol nümayəndə heyətinin üç üzvündə də koronavirusa yoluxma müəyyən edilib.

Qeyd edək ki, bu gün erməni yığması Şimali Makedoniya komandası ilə qarşılaşacaq.

0