Yasamalda yaşayış binasında yanğın baş verdi

ÖLKƏ
09:36 / 19.11.2020
687

Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. 

HİT.Az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. 

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


0