Laçın-Şuşa yoluyla Rusiyaya məxsus “Qrad” daşınır?

SİYASƏT
10:01 / 19.11.2020
2280

Bəzi sosial şəbəkə və  media vasitələrində guya  Laçın-Şuşa yolunda Rusiya bayrağı altında zenit raket kompleksləri, yaxud “Qrad” qurğuları daşınması haqda xəbər və video-görüntülər yayılıb.   

İstefada olan polkovnik Şair Ramaldanov Rusiya mediasına açıqlamasında bu cür informasiyaları “feyk” adlandırıb. O  bildirib ki, Qarabağdakı Rusiya hərbçiləri, yaylım atəşli raket sistemlərinə ehtiyac duymurlar, çünki onlar genişmiqyaslı  hərbi əməliyyatlar aparmaq vəzifəsi ilə qarşılaşmırlar. 

Guya Rusiya silahlı qüvvələrinə məxsus "Qrad"  raket sistemlərinin  Qarabağ yollarında  hərəkətinin görüntüləndiyi videonun “Sputnik-Ermənistan” telegram-kanalı tərəfindən yayımlandığı bildirilir. Bu barədə  “Reyters” də məlumat verib. Jurnalistlər Laçın “dəhliz”ində iki yaylım atəşli raket sistemi görüblər. 

Nəşr yazır: “Hər iki “Qrad”da Rusiya ekipajları çalışırdı və hərbçilər “Reyters”ə Rusiyadan olduqlarını təsdiqlədilər...” 

Eyni zamanda, bir qurğuda “94” regional kodu olan bir rus hərbi nömrəsi olduğu, digərinin isə nömrəsinin olmadığı, ancaq rus nömrəli “KamAZ” ilə müşayiət olunduğu qeyd edilir. “Voennıy obozrevatel” jurnalının telegram-kanalı da öz növbəsində “Qrad”in  Qarabağda istifadəsinə dair bir məlumatın olmadığını və təqdim olunan video-görüntülərdə Rusiya Silahlı Qüvvələrinin Ermənistanda yerləşən 102-ci hərbi bazasının hərbi texnikasının hərəkətini görüntüləndiyi vurğulanır.

"Qrad”lar köhnəlmiş sistemlərdir, lakin Rusiya bölgəyə üçtərəfli bəyanatda nəzərdə tutulmayan digər silahları da ötürür”- deyə hərbi ekspert Azad İsazadə qeyd edib. 

Ekspertin sözlərinə görə üçtərəfli bəyanatda yaylım atəşli raket sistemlərinin münaqişə bölgəsində yerləşdirilməsi nəzərdə tutulmayıb .

"Çox güman ki, mediada yayılan fotolarda Qarabağdan Ermənistana sülhməramlıların nəzarəti altında daşınan “Qrad” qurğuları əksini tapıb. Onların Ermənistanla sərhədində göründüyü diqqət çəkir. Bəlkə də yolda sıradan çıxmış texnikalardan olub" -deyə A.İsazadə vurğulayıb. / Moderator.az

13