Zəngilanın gəzməli-görməli yerləri - VİDEO

ÖLKƏ
12:38 / 19.11.2020
3108

Dövlət Turizm Agentliyi (DTA) işğaldan azad edilmiş Zəngila rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlayıb.

HİT.Az xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev "Twitter" sosial şəbəkəsində etdiyi paylaşımda məlumat verib.

“Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim edirik”, -deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Zəngilanın gəzməli-görməli yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.

Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx təqdim etmişdi.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

0